Kredit satışı üzrə işçi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 21.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq uyğun kredit məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini izah etməklə kredit satışını həyata keçirtmək 
  • Müştərinin cari kredit məlumatları və sahib olduğu biznes növü ilə tanış olmaq və bu məlumatları yeni kreditin verilməsində istifadə etmək
  • Müştərinin ehtiyacına və ödəniş qabiliyyətinə uyğun olaraq kredit məbləğinin təyin olunması, məhsula uyğun şərtlər əsasında sənədləşməni həyata keçirtmək və kredit təsdiqi üçün təqdim etmək
  • Müştəri kreditdən imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FINCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
  • Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə əvvəldən təyin olunmuş vaxtlarda təkrar əlaqə saxlayaraq kredit təklif etmək
  • Xarici mənbələrədən (kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və bu məlumatları kreditin verilməsi prosesində istifadə etmək

Namizəddən gözləntilərimiz:

Təhsil və Təcrübə: 

  • Ali təhsil - Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə 
  • Satış xidmətləri sahəsində ən azı 4 ay təcrübə (Kredit Vermə, Sığorta, Telefon Mərkəzi Satış – telefon vasitəsilə Satışların aparılması və digər oxşar sahələr üzrə təcrübəyə üstünlük verilir) 
  • Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları
  • Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq                   

Bacarıqlar:

  • Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
  • Analitik düşüncə qabiliyyəti
  • Vaxtı idarəetmə bacarığı
  • Komanda ilə iş bacarığı

Digər Bilik və Bacarıqlar:

  • Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı
  • Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı

Qeyd: 

  • Bu vəzifəni icra edən işçilər Satış prosesini stimullaşdırmaq məqsədi daşıyan xüsusi qiymətləndirməyə cəlb olunacaqlar. 
  • İşçilər üçün vəzifə daxilində qəbul olunmuş vaxt çərçivəsində növbəti səviyyəyə yüksəlmə nəzərdə tutulub. (Əsas Fəaliyyət Göstəricilərinin nəticələrinə və qəbul olunmuş prosedura əsasən) 
  • Bu yüksəlmə mexanizmi  şirkət rəhbərliyi tərəfindən təşviq olunur.   

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

https://finca.az/jobs/kredit-satisi-uzr%c9%99-isci-2/

İşəgötürənin reytinqi