Nəqliyyat şöbəsinin rəisi

  • Company
  • Elanın qoyulma tarixi: 13.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Nəqliyyat şöbəsinin işini, o cümlədən sərnişinlərin və yüklərin daşınması üçün avtomobillərin və texnikaların istismarını təşkil edir; 
  • Yükyığılan və yükdaşınılan obyektlərdə avtonəqliyyatın hərəkətdə olan nəqliyyat vasitələrinin səmərəli istifadəsini təmin edir;
  • Daşımalar üzrə cari və gələcək planların işlənib hazırlanması və yol hərəkətinin təhlükəsizliyi tələblərinə riayət etməklə onların yerinə yetirilməsini təşkil edir;
  • Avtomobil sürücüləri ilə daşımaların şəraiti və qaydaları haqqında təlimatların keçirilməsini təşkil edir;
  • Sürücülərin və operatorların əməyinin elmi təşkilinin tətbiqini, hərəkətdə olan avtonəqliyyat vasitələrinin, yükləmə-boşaltma mexanizmlərinin və avadanlığın səmərəli istifadəsini təmin edir;
  • Müəssisə və təşkilatlarla daşımalar üzrə müqavilələrin vaxtında bağlanması üçün tədbirlər görür.
  • Dispetçer xidmətinin işini və xətlərdə olan avtomobillərin işinə nəzarəti təşkil edir; 
  • Daşınan yüklərin və baqajın qorunub saxlanılmasını, yol vərəqələrinin və digər sənədlərin vaxtında və düzgün hazırlanması üçün tədbirlər görür;
  • Sərnişin və yük avtonəqliyyatının işinə baxışı təşkil edir;
  • Avtonəqliyyatın hərəkətdə olan vasitələrinin işi barəsində hesabatın və uçotun düzgün və vaxtında tərtib edilməsini təmin edir;
  • Nəqliyyat vasitələrinin, avadanlıqların rentabelli, səmərəli  işləməsini təmin etmək məqsədi ilə müvafiq qaydada tədbirlər görülməsi istiqamətində iş aparır.

Namizədə tələblər:

  • Ali təhsil (Nəqliyyat, Logistika, Yol hərəkətinin, Yüklərin və daşımaların təşkili və s.)
  • Müvafiq sahədə rəhbər vəzifəsində 5 ildən az olmayaraq peşəkar iş təcrübəsi;
  • Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)
  • İdarə etmə qabiliyyətinin olması, komanda ilə işləmək bacarığı;
  • Dəqiqlik, punktuallıq və tapşırıqların vaxtlı-vaxtında icrası;

İş şəraiti:

  • İş yeri – Bakı şəhəri
  • İş saatları –09:00-19:00, bir saat nahar fasiləsi
  • Nahar təmin edilir
  • İstirahət günləri –  Şənbə və bazar
  • Əmək haqqı yüksəkdir.

Maraqlanan şəxslər mövzu yerində “Nəqliyyat şöbəsinin rəisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər.