Aparıcı mühasib

İşin təsviri

Öhdəliklər:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə uçotunu təşkil etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • Elektron Vergi-Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
  • Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
  • Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş qrafiki (Şənbə günü: 09:00-13:00-dək) 
  • Əmək haqqı 1200-1500 AZN (Müsabiqə əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı Mühasib” yazaraq 01.07.2022- ci il tarixinədək göndərilməsi xahiş olunur.

Email: [email protected]

BSC Consulting & Outsourcing Company tərəfindən digər vakansiyalar