İşin təsviri
                
                
                                
                Struktur bölmənin adı
	- Hüquq və təşkilati işlər departamenti \ Korporativ hüquq şöbəsi
Vəzifənin funksiyaları:
	- Mərkəzi Bankın idarəetmə, təşkilati məsələlər və daxili nəzarət sahəsində reqlament sənədlərinin (daxili qaydalar, prosedurlar, əsasnamələr və s.), eləcə də qeyri-normativ hüquqi aktlarının hazırlanmasında iştirak edir və həmin sənədlərin hüquqi ekspertizasını həyata keçirir;
- Mərkəzi Bankın daxili hüquqi sənədlərinin sistemləşdirilməsini həyata keçirir, onların reyestrini aparır, müvafiq təkliflər hazırlayır;
- Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrinə baxır, rəy və təkliflərin hazılanmasında iştirak edir;
- Mərkəzi Bankın həyata keçirdiyi satınalmaların hüquqi təminatını həyata keçirir, satınalma müqavilələrinin tərtib edilməsində və hüquqi ekspertizasının aparılmasında iştirak edir;
- Mərkəzi Bankın tərəf olduğu müqavilələrin hazırlanmasında və hüquqi ekspertizasının aparılmasında iştirak edir;
- Mərkəzi Bankda əmək münasibətlərinin hüquqi təminatının həyata keçirilməsində iştirak edir;
- Departament rəhbərinin tapşırığı ilə Mərkəzi Bankın rəhbərliyi və struktur bölmələri üçün hüquqi arayışlar və rəylər hazırlayır.
- Mərkəzi Bankın struktur bölmələrinin fəaliyyət profilinə və tələbatına uyğun olaraq qanunvericilik məsələləri üzrə tematik seminarlar keçir;
Texniki kompetensiyalar
	- Analitik düşüncə və hüquq sahəsində təhliletmə bacarığı – yüksək səviyyədə 
- Normayaradıcılıq qabiliyyəti – yüksək səviyyədə 
- Təqdimat və yazı bacarığı– yüksək səviyyədə 
- Hüquqi tədqiqatın aparılması – yüksək səviyyədə 
Təcrübə 
	- Hüquqşünaslıq ixtisası üzrə azı 4 il iş təcrübəsi (2 ili dövlət satınalmalarının hüquqi təminatı sahəsində olan namizədlərə üstünlük verilir)
Təhsil 
	- Hüquqşünaslıq ixtisası üzrə bakalavr 
Dil bacarığı 
	- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə), Rus dili (orta səviyyədə)
Kompüter bacarıqları 
	- MS Office proqramları (yüksək səviyyədə)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.