İşin təsviri
İş barədə məlumat:
- Maliyyə əməliyyatlarının və uçotunun aparılması;
- Vergi və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
- Elektron portallarda (e-taxes, e-sosial və s.) əməliyyatların icrası;
- Mühasibat uçotu üzrə gündəlik əməliyyatların işlənməsi;
- İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak;
- Əsas vəsaitlərin uçotunun aparılması, mədaxil, yerdəyişmə və silinmə əməliyyatlarının sənədləşdirilməsi;
- Rəhbərliyə aylıq və illik hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat üzrə arzuolunandır);
- Vergi Məcəlləsi və Maliyyə Uçotu Qaydaları üzrə biliklər;
- e-taxes və e-sosial portalları ilə işləmək bacarığı;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- 1C 8.3 proqramında işləmək bacarığı;
- Müvafiq sahədə minimum *1 il iş təcrübəsi*;
- Diqqətli, məsuliyyətli və dəqiq işləmək bacarığı.
Müraciət: Göstərilən tələblərə uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməlidir. Mövzu hissəsində “Mühasib" qeyd olunmalıdır.