Kredit işçisi (maaşlı təcrübə proqramı)

  • Güvənli MMC
  • Elanın qoyulma tarixi: 12.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Bank və Bank Olmayan Kredit Təşkilatlarında, kredit satışlarında iş təcrübəsi (lombard kreditləri üzrə olanlara üstünlük verilir);
  • Mükəmməl ünsiyyət qurmaq qabiliyyəti;
  • Analitik düşüncə tərzi;
  • Riyazi biliklər;
  • Problemli kreditlərin həlli istiqamətində iş təcrübəsi;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri;

İşin təsviri:

  • Potensial müştərilərinin cəlbi edilməsi;
  • Kredit müraciətlərinin qəbulu və təhlil edilməsi;
  • Kredit əməliyyatlarının icra edilməsi;
  • Kredit portfelinə nəzarət və idarə edilməsi;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması;

Qeyd: Dəyərli Gənclər, “Güvənli MMC” kredit təşkilatı Bakı,Lənkəran, Quba, Xaçmaz, Gəncə,Bərdə,Beyləqan,Tərtər,Cəlilabad və İmişli də yerləşən filiallar üçün kredit üzrə mütəxəssis vakansiyasına Maaşlı Təcrübə Proqramını açıq elan edir.

Təcrübə müddəti ərzində müasir üslubda  marketinq və satış sisteminin yaradılması, müştərilərlə mükəmməl ünsiyyət qurmaq qabiliyyəti, potensial müştərilərin cəlb edilməsi qaydaları şirkətimizin peşəkar (Təlim Menecerləri) tərəfindən sizlərə xüsusi dərslər vasitəsilə öyrədilir.

Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.

Əmək haqqı 300 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV-ni sayta daxil olaraq göndərmələri xahiş olunur.

https://www.guvenli.az/#rec387653695