Topdan satış təmsilçisi

  • Azdizayn Group
  • Elanın qoyulma tarixi: 10.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Bakalvr üstünlükdür;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
  • Kompüter bilikləri (MS Office, Micro, Fora);
  • Satış bacarığı;
  • Təqdimetmə bacarığı, 
  • Planlama bacarığı, 
  • Ünsiyyət bacarığı, 
  • Müştəriyönümlülük
  • Yaş həddi 25-35

İş haqqında məlumat:

  • Müştərilər tərəfindən gələn sifarişlərin operatora yönləndirilməsi 
  • Müştəri anbardan sifarişi götürənə qədər həm operator həm də müştəri ilə əlaqələrin təşkil olunması 
  • Müəyyən edilmiş ərazilərdə mağazaların ziyarət edilməsi, yeni müştərilərin tapılması
  • Yeni müştərilərlə görüş zamanı məhsullar haqqında ətraflı məlumat verilməsi, təqdimat edilməsi 
  • Borc öhdəliklərinə nəzarət edilməsi, borcun yığımının təmin edilməsi 
  • Borclar yığıldıqdan sonra vəsaitin kassaya təhvil verilməsi 
  • Ərazilərdə mağazalarda olan şirkət məhsullarına vitrində nəzarət edilməsi 
  • Müştəri satışlarının analiz edilməsi və mütəmadi əlaqələrin saxlanması 
  • Geriqayıdan məhsul olduqda topdan satış müdirinə və anbara məlumat verilməsi 
  • Topdan satış müdirinə günlük hesabatların verilməsi 

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Yanacaq və amortizasiya xərcləri (şəxsi maşın mütləqdir)
  • Əmək haqqı  -1200-1500 

Vakansiyaya müraciət üçün CV-ləri “Topdan satış təmsilçisi” başlığı ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Email: [email protected]