İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili və İngilis dili üstünlükdür )
- Kompüter bilikləri (MS Office)
- İşə planlı yanaşma;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Məsuliyyətlilik;
- Operativlik;
- Yaş həddi 25-40
İş haqqında məlumat:
- Kadr Kargüzarlığı və İşə Qəbul prosesininin, Əmək Məcəlləsinə, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla aparılması;
- Kadr məlumat bazasının, dəyişiklikləri nəzərə almaqla, daim yenilənməsi;
- Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşmənin zamanında və keyfiyyətlə aparılması;
- İşçilərin davamiyyətinin qeydiyyatı, tabellərin hazırlanması və təqdim olunması;
- İşə yeni qəbul edilmiş və əmək müqaviləsinə xitam verilmiş işçilərin şəxsi işlərin təlimata uyğun qaydada yığılması və əmək fəaliyyəti ilə bağlı olan zəruri dəyişikliklərin daxil edilməsi;
- İşdən azad və yerdəyişmə zamanı işçilərin təhvil təslim prosesini təmin edilməsi;
- Vakansiyalara uyğun namizədlərin axtarışı;
- Namizədlərlə ilkin müsahibələri keçirmək;
- Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşdirmək;
- İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;
- İş analizinin aparılması və iş gücü planlaması
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı: 800-1000 AZN
Vakansiyaya müraciət üçün CV-ləri “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.