Kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 07.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
  • Modellər üçün məlumatların əldə olunması və emal olunması;
  • Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
  • Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
  • Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
  • Modellər üzrə hesabatların hazırlanması.

Tələblər:

  • İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
  • Statistik proqramlaşma dillərində (Python, R) işləmə qabiliyyəti;
  • Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların emal olunması (data mining) ilə bağlı anlayışın olması;
  • İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi