Regional Menecer

İşin təsviri

Vijn Fond AzərKredit MMC Baş Ofisi üçün (Mərkəzi Bölgə üzrə) Regional Menecer axtarır.

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Ağdam şöbəsinə Kredit İcraçısı vəzifəsi üzrə işçi qəbulu elan edir. Bundan əlavə işçi heyətinin üzvləri innovasiya gətirən əsas təşəbbüs qrupuna çevrilməklə, fokus qrup əməkdaşların fikir və ideyalarının toplanması, habelə onların fikir mübadiləsinin aparılmasına yönəlmiş müntəzəm müzakirələr təşkil edir. Hal-hazırda AzərKredit təşkilatı Mərkəzi Bölgəsi üçün (Mingəçevir, Göyçay, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Ağcabədi, Ağdam və Zərdab rayonları üzrə) Regional Menecer axtarır. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Bu vəzifə AzərKredit təşkilatının Mingəçevir və ya Göyçay ofislərində yerləşəcək və bu vəzifənin məqsədi  bölgə üzrə bütün filial və şöbələrin fəaliyyətinin effektiv icrasını təmin etməkdir.

Əsas vəzifə və öhdəlikləri:

1. Bölgə üzrə filial / şöbə əməliyyatlarının sabit genişlənməsi, monitorinqi və sənədləşməsi:

1.1.  Baş İcraçı Direktor Müavini, Əməliyyatlar üzrə Menecer və digər departamentlər ilə məlumat mübadiləsini və bölgə üzrə müvafiq məlumatın dövretməsini təmin edir;
1.2. Ali rəhbərliyə filial və şöbə ofisləri və ya infrastrukturlarda yerdəyişmə, yeniləşdirmə və s. kimi təklif olunan mühüm dəyişikliklər üzrə tövsiyələr verir;  
1.3. Təşkilatın iş prosesinin qaydasında getməsini təmin etməklə və təşkilatın aktivlərini mühafizə etməklə, daxili nəzarət sistemlərinin icrasına nəzarət edir;
1.4. Tövsiyə olunmuş audit nəticələri əsasında Müvafiq filial menecer(lər)i ilə, filial və şöbələrdən tələb olunan istənilən tədbirlər üzrə əlaqə saxlayır;
1.5.  Bütün cari qaydalara riayət olunmasını təmin edir;
1.6.  Bölgə üzrə bütün filial və şöbələrdə siyasət və prosedurların davamlı və bir qayda olaraq tətbiq olunmasını təmin edir;
1.7. Filial və şöbə aktivlərinin keyfiyyəti, likvidliyi, kapital adekvatlığı və ehtiyatı üzrə hesabat sisteminin müvafiq şəkildə və vaxtında icra olunmasını planlaşdırır və təmin edir;

2. Filial əməliyyatlarının effektivliyi

2.1. Qarşıya qoyulmuş və razılaşdırılmış hədəflərə nail olunmasını təmin etmək üçün Filial Menecerləri vasitəsilə filialın gündəlik əməliyyatlarına nəzarət edir;
2.2. Filialın müvafiq likvidlik menecmentinə malik olmasına əmin olmaq üçün Maliyyə Departamenti ilə koordinasiya edir;
2.3. Region üzrə filial və şöbələrin işçi həcminin planlaşdırılmasında İR departamenti ilə koordinasiya edir;
2.4. Monitorinqi və ya hesabatının verilməsi ilə əlaqədar məsələlər üzrə MİS / İT departamenti ilə məsləhətləşir və məsələləri ən qısa mümkün vaxtda həll edir;

3. Bölgədəki Kredit Portfelinin keyfiyyətini təmin edir

3.1. Filial və şöbələrdə mütəmadi monitorinq aparmaqla və bütün siyasət və prosedurlara ciddi riayət olunmasını təmin etməklə gecikmiş kreditlərin idarə olunması cəhdlərinə “qalib” olmalı;
3.2. Məqbul səviyyələrdən kənar olan filial fəaliyyətlərini dərhal idarə edir və ona qarşı tədbir görür;

4. Regionda işçilərin idarə edilməsi

4.1.  Əməliyyat aparan heyətin müvafiq təlim almalarını təmin edir;
4.2. Bölgədə çalışan işçi heyətinin təlimi ilə bağlı olan tədris proqramının hazırlanması və yenidən baxılaraq nəzərdən keçirilməsində iştirak edir;
4.3. İşə yeni qəbul olunmuş və fəaliyyətdə olan işçilərin təlim məsələləri ilə əlaqədar Təlim və İşçilərin İnkişafı üzrə məsul şəxslə yaxından əməkdaşlıq edir; 
4.4. Bölgədəki filial və şöbələrin əməliyyatları ilə əlaqədar Əməliyyatlar üzrə Menecer, İdarə Heyəti Sədrinin Müavininə əsas məsləhətlər verir;

5. İdarə Heyəti, ƏBD, Əməliyyatlar Meneceri tərəfindən müəyyən vaxtlarda təyin edilmiş digər vəzifələri icra edir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil və maliyyə sektorunda uzunmüddətli təcrübə;
• Tələb olunduqda iş saatları üçün çevik olmaq, lazım gəldikdə iş vaxtının 50 %-ə qədərini səfər etmək bacarığı;
• Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi;
• Orta rəhbərlik səviyyəsində (məsələn filial meneceri) aşağıdakılarda ən azı iki il iş təcrübəsinə malik olmaq: mikro-müəssisə kreditləşmə təşkilatı, bankçılıq institutu, proqressiv korporativ mühit, beynəlxalq biznes və ya iqtisadi və biznes inkişafı təşkilatı;
• Mikromaliyyə sektoru və texnologiyaları haqqında aydın təəssüratı olmalı;
• Maykrosoft proqramlarında işləmək bacarığı;
• Azərbaycan və İngilis dillərində mükəmməl şifahi və yazılı bacarıqları;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik nümayiş etdirməli;
• Təşəbbüskar, dayanıqlıq, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Üzərinə məsuliyyət götürmək bacarığı, istəyi və yüksək düzgünlük hissi;

AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Namizədlər bu vəzifəyə olan maraqlarını aydın izah edən Ərizə Formalarını 28 feral 2013-ci il tarixinədək təqdim etməlidirlər.
QEYD: Yalnız yuxarıda qeyd olunmuş tələblərə cavab verən namizədlərin ərizələri qəbul olunacaq.
İşə qəbul anketini http://azercredit.az/en/career/how_to_apply web-page yükləyə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Regional Menecer). Əks təqdirdə ərizələrə baxılma prosesində belə namizədlərin ərizələrinə baxılmayacaq.
İşə qəbul prosesinin növbəti mərhələsinə yalnız seçilmiş namizədlər dəvət olunacaq.

E-ünvan:  [email protected];
Faks:       (994 12) 597 30 39;