Risklərin qiymətləndirilməsi və təhlil şöbəsi mütəxəssisi

İşin təsviri

Vəzifə funksiyaları:

  • Məşğulluq tədbirləri və ictimai işlərin təşkilinə dair planı əsas götürərək şöbənin işinin təşkil edilməsində iştirak etmək; 
  • Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları), habelə onların struktur  bölmələri ilə əməkdaşlıq etmək, məlumatlar almaq, təkliflərin işlənib hazırlanması və həyata keçirilməsinin təmin edilməsi;
  • Özünüməşğulluq və haqqı ödənilən ictimai işlərin təşkili üzrə müəyən olunmuş kvotaya uyğun olaraq işsiz və işaxtaran şəxslərin bu istiqamətlər üzrə cəlb olunması vəziyyətini təhlil etmək;
  • Həyata keçirilən monitorinqin nəticələrini təhlil etmək, regional qurumların aylıq, rüblük və illik hesabat məlumatları ilə üzləşdirilməsini təşkil etmək; 
  • Uyğunsuzluq aşkar edildiyi halda müvafiq sənədlərin tərtib edilməsində iştirak etmək;
  • Agentliyin fəaliyyət istiqamətləri üzrə təhlillər və ümumiləşdirmələr aparmaq.

Vəzifənin tutulmasına dair tələblər: 

  • Təhsil tələbi: Ali (Maliyyə, İdarəetmə, İqsadiyyat və ya oxşar sahələr);
  • İş stajı: Oxşar sahədə ən az 2 il iş təcrübəsi;
  • Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dilləri (arzuolunandır);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar: 

  • Qərar vermə;
  • İnkişaf yönümlü və innovativlik;
  • Təşəbbüskarlıq;
  • Nəticəyönümlülük;
  • Təhlil və analiz etmə bacarığı.

Göstərilən tələblərə cavab verən əməkdaşlardan CV-lərini mövzu hissəsinə “Risklərin qiymətləndirilməsi və təhlil şöbəsi” qeyd etməklə ünvanına göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.