Data mühəndisi

İşin təsviri

Vəzifə funksiyaları:

  • Məlumat anbarının dizayn edilməsi;
  • ETL paketlərin yaradılması;
  • Məlumatlardakı anomaliyaların aradan qaldırılması;
  • Məlumat istifadəçilərindən daxil olan müraciətlərin araşdırılması və problemlərin həllində iştirak etmək.

Vəzifənin tutulmasına dair tələblər: 

  • Məlumat anbarının (DWH) dizayn edilməsi əsasları;
  • Məlumat bazasının sxemləri ilə işləmək bacarığı;
  • ETL alətləri ilə minimum 2 il iş təcrübəsi (“Oracle Data Integrator” və ya “SQL Server Integration Services”);
  • RDBMS bilikləri (NoSQL və ya DMBS biliklərinin olması arzuolunandır);
  • Proqramlaşdırma təcrübəsi (“Python” proqramlaşdırma dilində təcrübə olması arzuolunandır);
  • XML, JSON, CSV və digər fayl formatlarında olan məlumatlarla işləmək bacarığı;
  • “Oracle” (12c/19c) məlumat bazasında iş təcrübəsi (Məlumat bazası üzrə sertifikatların olması arzuolunandır);
  • SQL, Transact SQL və NoSQL-də mürəkkəb sorğuların və skriptlərinin yaradılması və analizi bacarığı;
  • Qrup halında aparılan texniki proseslərin izlənilməsi və yaranan problemlərin birbaşa rəhbərə təqdim edilməsi.

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar: 

  • Məsuliyyətlilik;
  • Etibarlılıq, dürüstlük;
  • İnkişaf yönümlü və innovativlik;
  • Operativlik, çeviklik;
  • Təşəbbüskarlıq;
  • Nəticəyə hədəfli;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Data mühəndisi” qeyd etməklə [email protected] göndərmələri xahiş olunur.