Data idarəçiliyi mütəxəssisi

İşin təsviri

Vəzifə funksiyaları:

  • Məlumat (data) aktivlərinin və metadataların keyfiyyət və məqsədə uyğunluğunun təmin edilməsi;
  • Məlumatların istifadəçilər üçün əlçatanlığının təmin edilməsi;
  • Məlumat istifadəçilərinin məlumatların müvafiq istifadəsi və təhlükəsizliyi istiqamətində maarifləndirilməsi;
  • Məlumat idarəçiliyi (data governance) üzrə prosedurların hazırlanması və tətbiqi;
  • Rəqəmsal layihələrdəki məlumat inteqrasiyalara nəzarətin edilməsi.

Vəzifənin tutulmasına dair tələblər: 

  • Ali təhsil (Müvafiq sahə üzrə olmağı üstünlükdür);
  • Təməl SQL bilikləri;
  • Məlumat anbarları və məlumat bazası konsepsiyaları haqqında biliklər;
  • Prosesin dizayn edilməsi, tətbiqi və təkmilləşdirilməsi üzrə təcrübə;
  • Təcrübələrin, siyasətlərin və prosedurların hazırlanması üzrə təcrübə.

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar: 

  • Məsuliyyətlilik;
  • Etibarlılıq, dürüstlük;
  • İnkişaf yönümlü və innovativlik;
  • Operativlik, çeviklik;
  • Təşəbbüskarlıq;
  • Nəticəyə hədəfli;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Data idarəçiliyi mütəxəssisi” qeyd etməklə [email protected] göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.