Baş mühasib (Göyçay, Bərdə)

İşin təsviri

Vəzifə funksiyaları:

  • İlkin mühasibatlıq sənədlərinin, hesablaşmalarının və ödəniş sənədlərinin hazırlanmasının təşkil edilməsi;
  • Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına daxil edilməsi;
  • Agentlik tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin, maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkil edilməsi;
  • Aylıq, rüblük və illik olan vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Aylıq əmək haqlarının, məzuniyyətlərin və işçilərə olan digər ödənişlərin hesablanması;
  • Əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak edilməsi;
  • Aparılan ödənişlərin aylıq xərclər smetasına uyğun olmasına nəzarət edilməsi;

Vəzifənin tutulmasına dair tələblər:

  • Təhsil tələbi: Ali (İqtisadiyyat, Maliyyə və ya oxşar sahələr);
  • İş stajı: Müvafiq vəzifədə ən az 2-3 il iş təcrübəsi;
  • Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə);
  • Sertifikat: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı; 
  • 1C mühasibat proqramı üzrə təcrübənin olması arzuolunandır.

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar: 

  • Məsuliyyətlilik;
  • Etibarlılıq, dürüstlük;
  • Operativlik, çeviklik;
  • Dəqiqlik;
  • Nəticəyə hədəfli.

Göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsinə müraciət etmək istədikləri regionun adını qeyd etməklə, “Göyçay/Bərdə üzrə Baş mühasib” qeyd edərək CV-lərini ünvanına göndərmələri xahiş olunur.

Email: [email protected]