Kiber təhlükəsizlik mühəndisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 26.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 2 il iş təcrübəsi;
  • Windows və *nix server/istifadəçi əməliyyat sistemləri üzrə bilik;
  • Təhlükəsizlik divarları (firewall) üzrə bilik;
  • Skript və proqramlaşdırma dilləri haqqında anlayış;
  • Şəbəkə və verilənlər bazası sahəsində bilik;
  • Analitik düşünmə və yüksək problem həll etmə bacarığı;
  • Kiber hücum növləri haqqında məlumatlılıq.

İşin təsviri:

  • Bankın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi, idarə edilməsi, monitorinqi və təkmilləşdirilməsi;
  • Sistem və/və ya şəbəkə təhlükəsizliyi müdaxilələrinə cavab verilməsi;
  • Uyğun təhlükəsizlik nəzarət mexanizmlərini işə salmaqla bankın məlumatlarının və infrastrukturunun qorunmasını həyata keçirmək;
  • Dəyişikliklərin idarə edilməsi prosesində iştirak etmək;
  • Şəbəkə və sistemlərdə mövcud olan boşluqların aşakarlanması üçün müvafiq sınaq və yoxlamaların həyata keçirilməsi;
  • Gündəlik inzibati tapşırıqların yerinə yetirilməsi, hesabatların hazırlanması və qurumun müvafiq idarələri ilə əlaqə;
  • Bankın təhlükəsizlik ehtiyaclarını dəyərləndirmək və buna uyğun ən yaxşı tətbiqetmə və standartların yaradılması.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

E - mail:  [email protected]

Telefon:  (012) 404 43 39

Faks:   (012) 404 43 34 

İşəgötürənin reytinqi