Bankdaxili və bankdan kənar məlumatlar bazasından istifadə edərək satış komandası üçün potensial müştəri bazasının formalaşdırılması;
Satış trendlərinin departament, şöbə, qrup və işçi səviyyəsində izlənilməsi;
Satışda effektivliyin artırılması istiqmətində müxtəlif analitik hesabatların təqdim edilməsi;
Departamentin əməkdaşları üçün KPİ-ların təyin edilməsi, hədəflərin icrası ilə bağlı periodik hesabatların təqdim edilməsi və renkinqlərin hazırlanması;
Aktivliyi azalmış müştəriləri müəyyən edərək “cross sale” və “up sale” istiqamətində hesabatların hazırlanması;
İşçilərin motivasiya sistemi ilə bağlı təkliflərin hazırlanması və tətbiq edilməsi;
CRM-in idarəedilməsi prosesinə nəzarət;
Periodik hesabatların zamanında və dəqiq göndərilməsinə nəzarət;
Cari işin optimallaşdırılması və avtomatlaşdırılması işini təmin etmək;
Bazarda rəqiblər və tendensiyalar haqqında məlumatların toplanması, təhlil edilməsi və strateji qərarların qəbul olunması üçün təkliflərin hazırlanmasını təmin etmək.
Tələblər:
Bank sektoru üzrə ən azı 5 illik iş təcrübəsi (müvafiq sahə üzrə olması arzu olunandır);
Minimum 2 il idarəetmə təcrübəsi;
Data Analitika sahəsində iş təcrübəsi;
Analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
Məlumatlardakı nümunələri və anomaliyaları tanımaq və araşdırmalar əsasında nəticə çıxarmaq üçün kritik düşünmə bacarıqları;
Mürəkkəb araşdırmalar və ideyaların məntiqini başa düşülən formada çatdırmaq üçün lazımi ünsiyyət bacarıqları;