Subroqasiya üzrə mütəxəssis (hüquqşünas)

  • Bakı Sığorta
  • Elanın qoyulma tarixi: 23.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi və mövcud sistemə işlənməsi;
  • Subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının hazırlanması və cavabdeh tərəflərə göndərilməsi;
  • Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması, məhkəmə proseslərində iştirak və məhkəmə-icra işinə nəzarət olunması;
  • Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı məlumatın verilməsi;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil;
  • Qanunvericilik biliyinin mükəmməl olması;
  • Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, ingilis dili və rus dili biliyi.
  • Ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik;
  • Dəqiqlik;
  • Öz fikirlərini aydın ifadə etmək bacarığı;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
  • Komanda ilə işləmək bacarığı.

İş şərtləri:

  • Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
  • “Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və vəzifəyə uyğun olan  əmək haqqı təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı elektron ünvanına Subject/Mövzu hissəsində “Subroqasiya üzrə mütəxəssis (hüquqşünas)”  qeyd etməklə göndərə bilərsiniz.

Email: [email protected]