Marketinq departament müdiri

İşin təsviri

İş barədə məlumat:

  • İstehlakçı ehtiyaclarının aşkar olunması, münasib əmtəələrin hazırlanması və onlara müvafiq qiymətlərin qoyulması, onların bölüşdürülməsi sisteminin təşkili və səmərəli stimullaşdırılması;
  • Müvafiq marketinq araşdırmalarının, layihələrinin planlaşdırılması və icrası;
  • Tələbatın strukturu və dinamikası;
  • Danışıqların aparılması və müqavilələrin bağlanması;
  • Korporativ əlaqələrin qurulması və təkmilləşdirilməsi;
  • Bazarın marketinq araşdırmasını aparır;
  • Potensial müştərilərin axtarılması və cəlb olunmasını, yeni tanıtım və satış kanallarının tapılmasını həyata keçirir;
  • İstehsal olunan məhsulun satışı üçün əlverişli şərait yaradır, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədilə bazar şəraitini təhlil edir və proqnozlaşdırır;
  • Yeni məhsulların araşdırılması, hazırlanmsı və reallaşdırılması, həmçinin dizaynının yaxşılaşdırılması üçün əvvəlcədən istehlakçıların tələblərini dəqiq öyrənir;
  • İstehlakçıların zövqləri və arzuları haqqında toplanmış informasiyaları analiz edir;
  • Cari və perspektiv tələbata müvafiq olan əmtəələrin istehsalını təşkil edir;
  • Müxtəlif yarmarkaların, sərgilərin keçirilməsini təşkil edir;
  • İşgüzar tədbirlərdə müəssisəni təmsil edir;
  • Reklam, güzəşt və qiymət siyasətinin müəyyənləşdirilməsini həyata keçirir və icrasına nəzarət edir;
  • Marketinq layihələrini təhlil edir, müvafiq hesabatları hazırlayır və müntəzəm olaraq müəssisə rəhbərinə təqdim edir;
  • İdarə Heyətinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil; 
  • Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsi;
  • İngilis dili biliyi (advanced);
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
  • Bazarı təhlil etmək bacarığı
  • Yüksək analitik qabiliyyət, biznes ünsiyyət və təqdim etmə bacarıqları
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00 (5 günlük)
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur
  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Marketinq departament müdiri" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi