İnsan Resursları üzrə Kiçik Mütəxəssis

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 09.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi
  • www.egov.az elektron hökümət portal ilə işləmə bacarığı;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq 
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
  • Əmək kitabçalarının qeydiyyatını aparmaq
  • İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və vəzifə dəyişikliyi haqqında əmrlərin hazırlanmasını təşkil etmək
  • Xəstəlik vərəqələrini doldurmaq və elektron sistemdə qeydiyyatını aparmaq
  • Əmək haqqı kartlarının sifarişi və işçilərə təhvil verilməsini təşkil etmək
  • Ezamiyyət əmrlərinin yazılması və sənədlərinin rəsmiləşdirilməsini həyata keçirmək
  • İşçi heyəti üçün gündəlik işə davamiyyət cədvəllərini hazırlamaq və şöbələrdən gələn işə davamiyyət qeydlərinə gündəlik olaraq nəzarət etmək
  • Müəssisədə quraşdırılmış finger print aparatında işçilərin qeydiyyatını aparmaq və müntəzəm istifadəsinə nəzarət etmək
  • Aylıq işədavamiyyət hesabatını tərtib etmək
  • 1C 8.3 proqramında işçilərin işə qəbulu, işdən azad edilməsi, ezamiyyət, məzuniyyət, vəzifə dəyişikliyini daxil etmək, iş vaxtının uşotu tabelini hazırlamaq

Namizədə olan tələblər:

  • Ali təhsil;  (İqtisadiyyat, Menecment, Hüquqşünaslıq,Psixologiya sahəsində təhsil alan namizədlərə üstünlük verilir)
  • MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli;
  • AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi olmalıdır.
  • Xarici dil biliyi üstünlüyü (İngilis dili, Rus dili,Türk dili);
  •  İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Əmək haqqı: 600-700 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə Kiçik Mütəxəssis” qeyd edərək elektron ünvanına Resume göndərməniz xahiş olunur.