Satış üzrə mütəxəssis

  • Solart
  • Elanın qoyulma tarixi: 05.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vacib tələblər:

  • 25-40 yaşlı xanımlar;
  • Satış etmə bacarığı;
  • Satış təcrübəsi ən azı 1 il olmalıdır;
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzu olunandır;
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
  • Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Word və Excell proqramlarını yaxşı bilmək

Əsas vəzifə öhdəlikləri:

  • Müraciət edən müştərilərin zənglərinin, müxtəlif kanallar vasitəsilə daxil olan sorğuların qarşılanması;
  • Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulması, məhsullar haqqında ətraflı məlumatların təqdim edilməsi;
  • Müştəri baza məlumatlarının toplanması;
  • Müştərilərlə sistematik şəkildə əlaqə saxlamaq, əlverişli münasibətlərin yaradılmasını təmin etmək;
  • Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
  • Müştərilərin əsas istəklərinin toplanıb menecerə təqdim edilməsi, təkliflərin hazırlanması
  • Onlayn satış üzrə sifarişlərin təmin edilməsi

Biz Sizə təklif edirik:

  • 6 günlük iş həftəsi
  • İş saatı 9:00 –dan 18:00 -dək
  • İstirahət: Bazar günü
  • Əmək haqqı 600 + yüksək % bonus

Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə mütəxəssis” sözlərini qeyd edib göndərsinlər. CV-lər müraciət et bölməsində qeyd olunan [email protected] email ünvanına göndərilməlidir.

Vakasiya ilə bağlı şirkətə zəng etməyə ehtiyac yoxdur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.