Satış üzrə menecer

  • Solart
  • Elanın qoyulma tarixi: 29.04.2024

İşin təsviri

Vacib tələblər:

  • 25-40 yaşlı xanım və ya bəy;
  • Satış etmə bacarığı;
  • Satış təcrübəsi ən azı 1 il olmalıdır;
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzu olunandır;
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
  • Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Word və Excell proqramlarını yaxşı bilmək

Əsas vəzifə öhdəlikləri:

  • Müraciət edən müştərilərin zənglərinin, müxtəlif kanallar vasitəsilə daxil olan sorğuların qarşılanması; 
  • Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulması, məhsullar haqqında ətraflı məlumatların təqdim edilməsi;
  • Müştəri baza məlumatlarının toplanması;
  • Müştərilərlə sistematik şəkildə əlaqə saxlamaq, əlverişli münasibətlərin yaradılmasını təmin etmək;
  • Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
  • Müştərilərin əsas istəklərinin toplanıb menecerə təqdim edilməsi, təkliflərin hazırlanması
  • Onlayn satış üzrə sifarişlərin təmin edilməsi

Biz Sizə təklif edirik:

  • 5 günlük iş həftəsi
  • İş saatı 10:00–19:00 (şənbə günü 14.00-dək)
  • İstirahət: Bazar günü
  • Əmək haqqı 600 + yüksək % bonus 
  • İş yeri “AMAY” ticarət mərkəzi daxilindədir

Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə menecer” sözlərini qeyd edib göndərsinlər. CV-lər email ünvanına göndərilməlidir. 

Vakasiya ilə bağlı şirkətə zəng etməyə ehtiyac yoxdur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.