SƏTƏM üzrə menecer

  • GM Construction
  • Elanın qoyulma tarixi: 17.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Şirkətdə Əməyin mühafizəsi və təhlükəsizliyinin idarəetmə sistemini yaratmaq və onun tətbiqini təmin etmək;
  • Şirkətin SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər təklif etmək;
  • İş şəraitində riskləri qiymətləndirmək və ona uyğun tədbirlər planını hazırlamaq;
  • Sahədə mütamadi yoxlamalar apararaq nöqsan və qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək, onların aradan qaldırılması üzrə müvafiq prosedurlar hazırlayaraq tətbiq etmək;
  • SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək; Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik etmək;
  • Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimləri təşkil və təmin etmək;
  • Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
  • İş prosesində hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
  • Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət etmək ;-
  • İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərini müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
  • Sahədə aparılan işləri “İş icazəsinə” əsasən tətbiq etmək;
  • Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılmasını təşkil etmək;
  • Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm önləyici addımlar atmaq;
  •  İş şəraitinin, avadanlıqların və fəaliyyətin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək;
  • SƏTƏM üzrə KPİ sistemini hazırlanmasında və tətbiqinə iştirak etmək;
  • Tabeçiliyində olan şöbə əməkdaşlarını düzgün idarə etmək, onlar arasında tapşırıqları bölüşdürmək, fəaliyyətlərinə nəzarət edərək qiymətləndirmək, SƏTƏM üzrə illik məqsəd və hədəflərə çatmaq üçün lazəmə tədbirlər planını hazırlamaq.

Nəyi bilməlidir:

  • Əməyin təşkilinin əsaslarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenanın norma və qaydalarını;
  • İSO 9001:2015, İSO 45001-2018 standartının əsaslarını;
  • SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasını;
  • Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təməl səbəbinin təhlil olunması metodlarını;
  • Hündürlükdə görülən işlər və yükqaldırma əməliyyatlarını;
  • Yaxşı səviyyədə rus və ingilis dilini;
  • Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını.

Nəyi bacarmalıdır:

  • Yüksək davranış və ünsiyyəti;
  • Düzgün təhliletmə və qərarverməni;
  • Məsuliyyəti üzərinə götürmə və problemi həlletməni;
  • Detallara diqqət yetirmə;
  • Çeviklik.

Xüsusi tələblər:

  • Texniki sahə üzrə ali təhsil;
  • Yaş həddi: 35 - 50 yaş;
  • Beynəlxalq sertifikatın (IOSH və ya NEBOSH) olması;
  • Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
  • Səliqəli xarici görünüş;
  • Sağlamlığında məhdudiyyətin olmaması və yaxşı fiziki hazırlıq;
  • Ezamiyyələrə hazır olmaq;
  • Vaxtaşırı rotasiya;
  • Sürücülük təcrübəsi.

Gözlənilən davranışlar:

  • Nizam-intizamlı;
  • Stresə qalib gəlmə;
  • Tələbetmə və yönləndirmə;
  • Komandada işləmə və düzgün idarəetmə.

İş şəraiti: 

  • İş qrafiki: 6 günlük;
  • AR ƏM -nə müvafiq sənədləşmə;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun (2000 – 2500 man) təyin olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlər elektron poçtuna mövzu yerində “SƏTƏM üzrə menecer” qeyd etməklə yalnız azərbaycan dilində CV (əcnəbi dildə tərtib olunmuş CV-lərə baxılmayacaq) göndərə bilərlər.

Email: [email protected]