Maliyyə mütəxəssisi

  • Company
  • Elanın qoyulma tarixi: 12.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə cədvəllərinin hazırlanması, əvvəlki dövrlərin hesabatlarına nəzərən müqayisəli təhlillərin aparılması;
  • Şirkətin mаliyyə hеsаbаtının tərtibatında iştirak və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
  • Faktiki və büdcə rəqəmlərinin müqayisəli təhlili, kənaraçıxmaların səbəblərinin araşdırılması;
  • Şirkətin fəаliyyət хərclərinin аnаlizi, хərclərin аzаldılmаsı, mühasibat uçotunun düzgün təşkili və maliyyə vəsaitlərinin istifadəsində  еffеktivliyinin artırılması istiqamətində təkliflərin verilməsi;
  • Maliyyə ehtiyatlarının yetərli olub-olmamağını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
  • 1C proqram təminatına maliyyə məlumatlarının daxil edilməsində iştirak etmək;
  • Birbaşa rəhbərliyin tapşırıqların yerinə yetirmək

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadiyyat üzrə, Maliyyə və ya Mühasibat uçotu üzrə); 
  • Mühasibatlıq üzrə minimum 2 il iş təcrübəsi;
  • Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Vergi Məcəlləsindən məlumatlı olmalı və BTP, E-taxes.gov.az, stat.gov.az, E-customs.gov.az portallarında işləmək bacarığı 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Maliyyə mütəxəssisi” qeyd etməklə və əmək haqqı tələbini göstərməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.