İnsan resursları üzrə kiçik mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 07.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • İnsan Resursları üzrə kiçik mütəxəssisin rolu departamentin fəaliyyətinin administrativ bölməsinə dair sənəd prosesini təşkil etmək, işə qəbul, işdən çıxış və vəzifə dəyişikliyi ilə bağlı məlumatları müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat şəklində mərkəzi ofisə təqdim edir.
  • Şirkət tərəfindən sifariş edilmiş əmək haqqı kartlarını ərazidəki işçilərə çatdırılmasında yaxından iştirak edir.
  • İşçilərin şəxsi qovluğu üçün sənədləri hazırlayır. Həmin sənədləri mərkəz ofisə təqdim edir.
  • Əmək kitabçalarının uçotunu tutur, işdən çıxan işçilərə təqdim edilməsində yaxından iştirak edir.
  • Məzuniyyət ərizələrini və “əmək qabliyyətinin olmaması” vərəqələrini toplayır, topladıqdan sonra mərkəz ofisə təqdim edir.
  • Davamiyyət uçotu tabelinə nəzarəti həyata keçirir, işə gəlməyən işçilər barədə müvafiq tədbirlərin başladılmasında iştirak edir. Bundan başqa, podratçı şirkətlərin işçiləri ilə bağlı həmin şirkətlərdən davamlı olaraq məlumat alır.
  • İR ilə əlaqədar məsələlərə dair işçilər barədə bütün məlumatlara sahib olur.

İş şəraiti:

  • İş yeri: Füzuli rayonu
  • 6 günlük iş qrafiki.
  • Səhər, günorta və axşam yeməyi şirkət tərəfindən təmin olunur;
  • Yaşayış yeri uzaq olanlar üçün yataqxana mövcuddur;
  • Korporativ mobil nömrə ilə təmin edilmə;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq minimum 800 azn və ya müsahibə əsasında müəyyən olunacaq.

Namizədə tələblər:

  • Orta ixtisas və ya ali təhsil;
  • Göstərilən vəzifə üzrə ən azı 1 il rəsmi iş təcrübəsi;
  • Microsoft Office proqramlarını (Word, Excell), vəzifəsi üzrə ölkə qanunvericiliyini, normativ-hüquqi aktları  bilməli;
  • Əmək məcəlləsi biliyi;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə İnsan resursları üzrə kiçik mütəxəssis yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. Müsahibələr mövcud pandemiya şəraitinə görə onlayn təşkil ediləcəkdir.

Email: [email protected]