Satınalma üzrə baş mütəxəssis

  • UNICO
  • Elanın qoyulma tarixi: 23.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satınalmalar üzrə menecerin rəhbərliyi altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
  • Şirkət daxili Satınalma Prosedurlarına və Əmrlərinə riayət olunmasına nəzarət;
  • Etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinin təşkili və nəzarət;
  • Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
  • Sifariş edilmiş mal-material və ya xidmətlərin tələblərə uyğun şəkildə təşkilinin idarə edilməsi;
  • Podratçı və tədarükçülərin müvafiq performansının analiz edilməsi;
  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq təşkil və icra etmək;
  • Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və satınalma üzrə mütəxəssisə yönləndirilməsi);
  • Tikinti-istismar üzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət;
  • Satınalmalar üzrə Menecerin tapşırıqlarının icrasına nəzarət və bütün ödənişlərin, təchizatla bağlı qərarların hesabatı və təsdiqinin alınması;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Tenderlərin hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
  • Satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirmək;
  • Hesabatların hazırlanması və analizi, təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunması;
  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Tələblər:

  • Ali təhsilli (iqtisadiyyat üzrə);
  • CİPS sertifikasiyası (arzuolunandı)
  • Azərbaycan, rus və ingilis dillərini bilməli;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Problemləri həll etmə bacarığı;
  • Təhlil etmə bacarığı;
  • Ünsiyyət qurma bacarığı.

Maraqlanan şəxslərdən CV-lərini mövzu hissəsində "Satınalma üzrə baş mütəxəssis" yazmaqla [email protected]z e-poçt ünvanına göndərmələri xahiş olunur.