Telesatış üzrə qrup rəhbəri

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 14.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük banklarından birində işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

 Görəcəyiniz işlər:

  • Telesatış əməkdaşlarının işinin effektiv şəkildə təşkili, bazanın qurulması, iş modellərinin təkmilləşdirilməsi;
  • Bank məhsul və xidmətlərinin aktiv satışının artırılması üzrə təkliflərin hazırlanması və təşkili;
  • Effektiv sövdələşmənin bağlanması , məhsulun düzgün təqdimatı , müştəri etirazları ilə işin təşkil olunması ilə bağlı təkliflərin hazırlanması və icrası ;
  • Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
  • Telesatış üzrə skriptlərin tərtibi  və inkişaf etdirilməsi;
  • Telesatış üzrə düzgün hədəflərin təyin olunması  və hədəflər üzrə yeni yanaşmaların icrası.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli; 
  • Rus dilini əla, ingilis dilini yaxşı səviyyədə bilən;
  • Satış sahəsində (telesatış və ya qaynar satışlar) qrup rəhbəri və ya trener kimi iş təcrübəsi olan;
  • Analitik düşünmə və təhlil qabiliyyəti olan;
  • Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə olan;
  • Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra edə bilən şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi