Mexanik

İşin təsviri

Tələblər:

  • Mexanika sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Office proqramlarından istifadə etmə bacarığı;
  • Hesbaat hazırlama bacarığı.

Əsas vəzifə öhdəlikləri: 

  • Qazanxana və su arıtma sistemlərinə aid olan bütün avadanlıq və köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktik baxışı və təmiri həyata keçirmək;
  • Mühərrik və nasosların fasilisəsiz işlərinin təmin olunması üçün periodik baxışları və təmir planını həyata keçirmək;
  • Generatorlara periodik baxış və təmir planını həyata keçirmək;
  • Kompleksdə olan ventilyasiya  istilik – soyutma (HVAC, AHU, Chiller, AC, FCU), yanğın, hidrant, drenaj,kanalizasiya, su təchizatı və təzyiqli hava sistemlərinə aid avadanlıqlarına profilaktik baxışın və təmirin həyata keçirilməsi və tam keyfiyyətlə işlənməsini təmin etmək;
  • İşlək vəziyyətdə olan sistem və avadanlıqlarda yarana biləcək anormal istilik, səs, qaçaq, sarsıntı və s. əlamətlər aşkar edildiyi zaman lazımlı əməliyyatlar edilərək vəziyyətə müdaxilə etmək və operativ olaraq normal iş şərtlərinə keçilməsini təmin etmək;
  • Avtomatik/elektron jalyüz qapıların periodik baxış və təmir işlərini həyata keçirmək;
  • Görülən bütün işlərin qeydiyyatını aparmaq;
  • Görüləcək təmir və yoxlama işlərini şirkətin mövcud SƏTƏM qaydaları çərçivəsində icra etmək.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Mexanik” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

Email: [email protected]

İşəgötürənin reytinqi