Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi - köməkçi mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi məqsədilə təşkilati məsələləri  həll  etmək;
  • Agentlik tərəfindən təşkil olunan beynəlxalq tədbirlərin gündəlik, proqram və digər işçi sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
  • Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasında iştirak etmək;
  • Agentliyin rəsmi internet səhifəsi üçün kontentin, press-relizlərin Azərbaycan dilindən ingilis dilinə və ingilis dilindən Azərbaycan dilinə tərcümə etmək; 
  • Gündəlik olaraq tənzimlənən sahəyə dair mətbuatda yayımlanan məlumatların monitorinqini aparmaq, 
  • Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin etmək;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, filologiya ixtisasları üzrə);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Problemlərin həlli üzrə razılığın əldə olunması bacarığı; 
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, ədəbi, ingilis dili - yüksək, rus dili – orta səviyyə.

İş şərtləri:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00; 
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər.

Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi – köməkçi mütəxəssis) qeyd edin.

Vakansiya üzrə müraciətin son müddəti: 31 Mart 2022-ci il.