İşin təsviri
İşin təsviri:
- Sənədə əsasən istehsalın saxlama anbarlarındakı məhsullarını nəzarət anbarına transfer etmək;
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbardakı malları gündəlik, haftəlik, aylıq sayılması;
- Anbarda olan malları invertar nömrəsi ilə nömrələnməsini;
- Daxil olunmuş sənədlərin qeydiyyata alınması;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
- Anbara qəbul olunan hər növ material və dəzgah hissələrini təhvil alaraq anbar yerləşim planına uyğun olaraq yerləşdirmək
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya digər aidiyyəti sahə üzrə ali təhsil;
- Müvafiq vəzifə üzrə ən az 2 il iş təcrübəsi;
- MS Office (yaxşı səviyyədə EXCEL) və 1C proqramlarında işləmək bacarığı.
İş şəraiti barədə məlumat:
- Müəsisə Şabran ərazisində yerləşir;
- 6 günlük iş qrafiki;
- Əmək haqqı: 700 AZN
Müraciət etmək istəyən namizədlər e-mail ünvanına mövzu bölməsində “Anbar mühasibi” qeyd edərək CV göndərə bilər.