Restoran supervayzer/menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək;
  • Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək;
  • Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
  • Restoran personalı – ofisiant, ofisiant köməkçisi, barmen, xadimə və inzibati heyətin iş qrafiklərini hazırlanmaq və ədalətli bölüşdürülmək;
  • Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək;
  • Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək;
  • Satışların artırılması və müəyyən edilmiş hədəflərə çatmaq üçün təşəbbüslərin həyata keçirilməsini təmin etmək;
  • Qida təhlükəsizliyi və gigiyena standartlarına riayət olunmasına nəzarət etmək;
  • Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək;
  • Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin təmin edilməsi üçün lazımi şöbələrə məlumat vermək.

Namizədə dair tələblər:

  • Təcrübə: Restoran və ya hotel sferasında 3 - 5 il idarəetmədə təcrübə;
  • Xidmət sektorunda müştəri yönümlü düşüncə tərzi;
  • Yüksək səviyyədə təşkilatçılıq və problem həll etmə bacarığı;
  • Azərbaycan və rus dili biliyi, ingilis dili arzu olunandır.
  • Kompüter bilikləri: Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək bacarığı.

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Bakı şəhəri, Xetai r,. Necefgulu Refiyev kuc.

Maraqlanan namizədlər öz CV-lərini “Restoran supervayzer/menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.