Hüquqşünas

İşin təsviri

İş vəzifələri:

  • Hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya), filial və nümayəndəliklərinin qeydiyyatı və fəaliyyətə başlaması üçün hüquqi dəstək və sənədlərin hazırlanması;
  • Əqli mülkiyyət, miqrasiya və digər müvafiq qanunvericiliklə əlaqəli sənədlərin hazırlanması və dövlət qurumlarına müraciətlərin həyata keçirilməsi;
  • Hüquqi sənədlərin təhlili, ekspertizası və təkmilləşdirilməsi; müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və danışıqların aparılması;
  • Hüquqi məsləhətlərin verilməsi, layihələrin hüquqi ekspertizası, və dövlət orqanlarında təmsilçilik.

Tələblər:

  • Hüquq üzrə bakalavr və magistr dərəcələri;
  • Azərbaycan, RUS və İNGİLİS dilinin yüksək səviyyədə bilmək;
  • Ən azı 2 il peşəkar təcrübə, hüquq və prosedurlar sahəsində biliklər;
  • Güclü analitik və tədqiqat bacarığı, yüksək ünsiyyət və komandada işləmək qabiliyyəti;
  • Təşəbbüskarlıq və məsuliyyətlilik.
  • Səlist nitq qabiliyyətli.

AKTİV VƏ KREATİV namizəd axtarılır.

Səlist nitq qabiliyyətli.
İş və şəraiti:

  • İş qrafiki: həftədə 5 gün;
  • İş saatı: 09:00-18:00.
  • Ünvan: Nərimanov rayonu, Həsənoğlu küçəsi 4;
  • Əmək haqqı: 1000 manat (net) və yüksək bonuslar.

Dil bilikləri olmayanlar zəhmət olmasa cv göndərilməsin.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Hüquqşünas” Başlıqı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yollamağı xahiş olunur.

Alliance Legal Center MMC tərəfindən digər vakansiyalar