İşin təsviri
İş barədə məlumat:
- Struktur bölmənin adı: Maliyyə şöbəsi
- Bilavasitə tabe olduğu şəxs: Şöbə müdiri
- İkinci dərəcəli tabe olduğu şəxs: Baş direktor
Funksional vəzifələri:
- Həftəlik, aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması
- Satış dinamikasının izlənilməsi üçün hesabatların hazırlanması
- Müştərilərlə mütəmadi (aylıq və ya rüblük) üzləşmələrin təşkili və təsdiq edilmiş aktlarla müvafiq sənədləşməni təmin etmək.
- Satış ilə bağlı təqdimat, müqavilə və s. sənədlərin hazırlanması
- Qiymət təyini və maya dəyərinin hesablanması prosesində iştirak.
- Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
- Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
- Şirkətin məhsul üzrə mənfəətlilik hesabatlarını hazırlamaq.
- Satış və iadə qaimələrinin yoxlanılması,yaranan problemlərin (qiymət və ya məhsul girişlərinin) aradan qaldırıması;
- ERP proqramda məlumatların düzgün daxil edilməsinə nəzarət və ehtiyac olduqda düzəlişlər etmək.
Tələblər:
- Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil
- Sahə üzrə ən azı 1 il iş təcrübəsi
- ACCA F3/FA üzrə bilik və ya sertifikat (üstünlükdür)
- Sürətli və effektiv Excel, ERP və ya maliyyə proqramları ilə işləmə təcrübəsi
- Azərbaycan dili sərbəst, ingilis və rus dili biliyi üstünlükdür.
- Analitik düşümnə, məsuliyyətli yanaşma və detallar diqqət
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş yeri: Babək prospekti 74
- Korporativ nömrə
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.