Mühasib-analitik

İşin təsviri

İş barədə məlumat:

  • Struktur bölmənin adı: Maliyyə şöbəsi
  • Bilavasitə tabe olduğu şəxs: Şöbə müdiri
  • İkinci dərəcəli tabe olduğu şəxs: Baş direktor

Funksional vəzifələri:

  • Həftəlik, aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması
  • Satış dinamikasının izlənilməsi üçün hesabatların hazırlanması
  • Müştərilərlə mütəmadi (aylıq və ya rüblük) üzləşmələrin təşkili və təsdiq edilmiş aktlarla müvafiq sənədləşməni təmin etmək.
  • Satış ilə bağlı təqdimat, müqavilə və s. sənədlərin hazırlanması
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
  • Qiymət təyini və maya dəyərinin hesablanması prosesində iştirak.
  • Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
  • Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
  • Şirkətin məhsul üzrə mənfəətlilik hesabatlarını hazırlamaq.
  • Satış və iadə qaimələrinin yoxlanılması,yaranan problemlərin (qiymət və ya məhsul girişlərinin) aradan qaldırıması;
  • ERP proqramda məlumatların düzgün daxil edilməsinə nəzarət və ehtiyac olduqda düzəlişlər etmək. 
  • Hesabatları sistemdən çıxarmaq və ilkin təhlilini aparmaq.
  • Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;

Tələblər:

  • Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Sahə üzrə ən azı 1 il iş təcrübəsi
  • ACCA F3/FA üzrə bilik və ya sertifikat (üstünlükdür)
  • Sürətli və effektiv Excel, ERP və ya maliyyə proqramları ilə işləmə təcrübəsi
  • Azərbaycan dili sərbəst, ingilis və rus dili biliyi üstünlükdür. 
  • Analitik düşümnə, məsuliyyətli yanaşma və detallar diqqət

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.