Maliyyə nəzarəti üzrə mütəxəssis / baş mütəxəssis

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 01.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, müvafiq sahə magistr dərəcəsinin olması üstünlükdür)
  • Müvafiq sahədə beynəlxalq sertifikatların olması üstünlükdür (CFA, ACCA)
  • Audit, Maliyyə nəzarəti, hesbatlılıq, risklərin idarə edilməsi sahəsi üzrə minimum 2 il təcrübə
  • MS ofis proqramlarından xüsusilə də Excel proqramından yüksək səviyyədə istifadə bacarığı; (Riyazi, məntiqi, data ilə bağlı funksiyalar) 
  • Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
  • Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Qərarvermə və problem həll etmə bacarığı;

Əmək funksiyaları:

  • Holdinqin tərkibində olan müəssisələr və onların sərbəst balansında olan bölmələrin təsərrüfat və maliyyə fəaliyyəti üzrə müvafiq sənədlərin qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq yoxlamaq;
  • Statistik hesabatların verilməsi üçün məlumatlar hazırlamaq;
  • Maliyyə vəsaitlərinin istifadəsində  effektivliyin  yüksəldilməsinə, onların qənaətinə, müəssisə və təşkilatların təsərrrüfat-maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Şirkətdə yaranacaq qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq  və rəy bildirmək;
  • Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və uyğunsuzluqları, kənarlaşmaları  və digər qeyd olunmalı məqamları aşkara çıxarmaq;
  • Şirkətdə baş verə biləcək mənfi hadisələrin təhlilini və tədqiqini aparmaq, mövcud vəziyyətin yaxşılaşdırılması üçün təkliflər planı hazırlamaq;

Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “Maliyyə nəzarəti üzrə mütəxəssis / baş mütəxəssis” qeyd etməklə göndərmələri tələb olunur.

Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.