Logistika üzrə Kiçik Mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri orta səviyyədə olmalı;
  • Müvafiq sahədə minimum 1 ilə kimi iş təcrübəsi arzuolunandır;
  • MS Office proqramlarını orta səviyyədə bilməli;
  • Çalışqan, həvəsli və operativ olmalı.

Vəzifə öhdəlikləri:

  • Daşınmalı olan məhsulla bağlı məlumatların toplanması;
  • Optimal marşrut xəttlərinin seçilməsi və seçilmiş marşrutlar üzrə qiymət təkliflərinin alınması və daşınma şərtlərinin razılaşdırılması ;
  • Daşıma şirkətlərinin seçimi və qiymətləndirilməsi üçün rəhbərinə müqayisə cədvəllərinin təqdim edilməsi;
  • Daşınan yük barədə sənədlərin gömrük xidməti strukturunun müvafiq əməkdaşlarına təqdim edilməsi;
  • Daşıma prosesinə davamlı nəzarət edilməsi, daşımaçı ilə danışıqların aparılması;
  • Müəyyən edilmiş nöqtələrə yükün çatması barədə müvafiq əməkdaşların məlumatlandırılması;
  • Daşıma əməliyyatlarının uçotunun aparılması;
  • Daşıma ilə bağlı gələn sorğuların qiymət araşdırılmasının icra edilməsi;
  • İxrac ediləcək mallarla bağlı yük sənədlərinin (Invoice, PL, CMR, və s.) hazırlanması;
  • İxrac ediləcək mallarla bağlı İdxalçı firma və daşımaçı ilə danışıqların və yazışmaların aparılması;
  • İstehsalçılarla, Daşımaçılarla müqavilələrin və ya digər növ sənədlərin hazırlanması və bu istiqamətdə danışıqların və yazışmaların aparılması. 

İş şərtlərimiz:

  • Əmək haqqı: 637-731 AZN;
  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika üzrə Kiçik Mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.