SƏTƏM üzrə mütəxəssis

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 21.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Vəzifəyə yeni təyin edilmiş(o cümlədən bir vəzifədən digər vəzifəyə keçirilmiş) işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin təlimatlandırmanın həyate keçirilməsi, eyni zamanda işçilər ilə təkrar, plandan kənar və birdəfəlik təlimatlandırmanın aparılmasının təşkil və icra edilməsində iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin müvafiq istehsalat sahələrində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzə işlərin planlaşdırılmasında və icra edilməsində  iştirak etmək;
  • İstehsalat sahələrinə yeni vəzifəyə təyin edilmiş, həmçinin ezam edilmiş işçilərə, təcrübə keçmək üçün gələn təcrübəçilərə və işlərin (xidmətlərin həyata keçirilməsinə) aparılması üçün gələn şəxslərə və qonaqlara əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə giriş təlimatın keçirilməsini təşkil və icra edilməsində iştirak etmək;
  • Şöbənin fəaliyyəti istiqamətləri üzrə aidiyyatı işlərin koordinasiyası zamanı gecikmələr olduqada onların səbəbini araşdırmaq və nəticələri ilə bağlı şöbə müdirinin müavininə və ya şöbə müdirinə məlumat vermək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə aid daxil olan müvafiq məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasında və cavablandırılmasında iştirak etmək;
  • Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması, yanğından mühafizə sahələri üzrə Cəmiyyətin işçi heyətinin (bu sahəyə düşən) biliklərin yoxlanmasının vaxtında və keyfiyyətli keçirilməsi istiqamətində şöbənin səlahiyyətlərinə aid işlərin icra edilməsində iştirak etmək;
  • İş şəraiti nəzərə alınmaqla qiymətləndirilmiş risklərin səviyyəsinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarətin aparılmasında iştirak etmək;
  • Cəmiyyətin iş proseslərində və iş fəaliyyətin aparan işçi heyəti tərəfindən, həmçinin  podratçı/subpodratçı təşkilatların iş sahələrində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə  qanunvericiliyin və  Cəmiyyətdaxili normativ sənədlərin tələblərinə əməl edilməsinə  mütəmadi nəzarət olunmasında iştirak etmək;
  • Sağlamlıq, əmək şəraiti və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi sahələrində Cəmiyyəti üzrə, həmçinin podratçı/subpodratçı təşkilatlardan məlumatların toplanması,işlənməsi və aidiyyatı üzrə ötürülməsi işlərinin həyata keçirməsində iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyatı hadisələrin araşdırılmasının nəticələrinin təhlil edilməsində iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində iş yerlərində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi,o cümlədən  iş şəraitinin yaxşılaşdırılmasına yönələn müvafiq kompleks planların hazırlanmasında iştirak etmək;
  • Cəmiyyətdaxili və şöbədaxili müəyyən olunmuş formalara uyğun olaraq aidiyyatı gündəlik, aylıq, illik hesabatların tərtib etmək şöbə müdir müavininə, şöbə müdirinə təqdim etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində  işçilərin vaxtlı-vaxtında dövri tibbi müayinədən keçmələrini təmin edilməsində iştirak etmək və dövri (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının müvafiq qaydada hazırlanmasına dəstək olmaq;
  • Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində istehsalatda baş vermiş bədbəxt hadisələrin qanunvericliyin tələblərinə uyğun olaraq aparılmış təhqiqatı nəticəsinə uyğun olaraq müvafiq göstərişlərin yerinə yetirilməsinə iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə çərçivəsində qanunvericilik və Cəmiyyətdaxili norma tələblərinə uyğun olaraq işçilərin kollektiv və fərdi mühafizə vasitələri , digər qoruyucu vasitələrlə təmin edilməsində iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq istehsalat üzrə travmatizm və peşə xəstəliklərinin vəziyyətinin, səbəblərinin araşdırlmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən planlaşdırılmış müvafiqyoxlamaların keçirilməsində iştirak etmək;
  • Cəmiyyətin inzibati binasında iş fəaliyyəti aparan işçi heyətinin əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə Cəmiyyətdaxili prosedur, qayda və təlimatlar ilə tanış olunmasını təmin etmək;
  • Şöbənin fəaliyyətinə aid olan imzalanmış müqavilələrin icrasının nəzarətini təmin etmək və ya icrasında iştirak etmək
  • Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların, təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin, həmçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi sahəsi üzrə sertifikatlaşdırma, müvafiq lisenziyaların (icazələrin) və rəyinin alınması işlərinin icra olunmasında iştirak etmək;
  • Cəmiyyətin iş yerlərinin atestasiyasının həyata keçirilməsi üzrə koordinasiya işlərində  və nəticələrə uyğun olaraq tədbirlər planının hazırlanmasında və tərtib edilmiş tədbirlər planın icrasını nəzarət olunmasında iştirak etmək;
  • Əməyin mühafizəsi və təlükəsizlik texnikası üzrə Cəmiyyətdaxili prosedur, qayda,təlimat və digər aidiyyatı sənədlərin  hazırlanmasında iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
  • Beynelxalaq standartlardan (İSO 45001, QOST və s. ) məlumatlı olmaq;
  • Sənədlərin tərtib edilməsi və rəsmləşdirilməsi qaydasını bilməli;
  • MS Office proqramlarını mükəmməl bilməli;
  • Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır; 
  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

  •  Tələb olunan sahə üzrə ali təhsil;
  •  Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər saytın karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər. 

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi