Təchizat üzrə analitik

  • Elanın qoyulma tarixi: 21.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək və onun düzgün çalışmasına nəzarət etmək;
  • Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
  • Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırmaların aparılması;
  • Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • İnşaat sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Yüksək analitik təhlil və çevik qərarvermə qabiliyyəti;
  • MS Office biliyi (xüsusilə MS Excel bilikləri);
  • Komandada işləmə bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan və ingilis dili bilikləri.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Təchizat üzrə analitik” yazmaqla, [email protected] öz CV-lərini göndərə bilərlər.