Xarici satınalmalar üzrə mütəxəssis

  • Unimetal
  • Elanın qoyulma tarixi: 16.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Tələb olunan məhsul (xammal, avadanlıq, ehtiyyat hissələri) və xidmətlərin əsasən xarici bazarlarda araşdırılması, kommersiya təkliflərinin toplanması və müqayisəsinin aparılması
  • Təchizatçı partnyorlar ilə əlaqələrin qurulması, mövcud əlaqələrin davam etdirilməsi yönündə müntəzəm danışıqların aparılması
  • Qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək
  • Satınalma müqavilələrini hazırlamaq vəya tərtib olunmuş müqavilələri yoxlamaq
  • Satınalma prossesinin həyata keçirilməsi üçün sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq və təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra sifarişin ödəniş qrafiki ilə bağlı mühasibatlığı məlumatlandırmaq və ödənişləri izləmək
  • Sifarişlərin statusunu izləmək, sifarişlərin müqavilə şərtlərinə uyğun və vaxtında göndərilməsini nəzarətdə saxlamaq
  • Sifariş olunan məhsulların çatdırılması üçün loqistika şirkətləri ilə əlaqələrin qurulması, qiymət araşdırılması və daşımanın təşkilinə nəzarət olunması
  • İdxal prosessinin tamamlanması üçün tələb olunan bütün sənədlərin sertifikatların və s. toplanıb şirkətin gömrük mütəxəssislərinə ötürülməsi
  • Sifariş olunub gələn malda ortaya çıxan keyfiyyət qüsurları ilə bağlı problemin həlli yolunda tədarükçü ilə danışıqların aparılması
  • Ehtiyyac görüldüyü təqdirdə ölkə daxili təchizat sorğularının aparılmasında iştirak etmək
  • Təchizat şöbəsi üzrə alışların aylıq analizləri, qruplaşdırılması və hesabat formasının hazırlanıb təqdim olunması
  • Təchizatçı bazasının yaradılması ve təchizatçıların qiymətləndirilməsi
  • Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılması
  • Rəhbərlik tərəfindən verilmiş mövzu ilə bağlı tədqiqatlar aparmaq və nəticələr barədə hesabat hazırlamaq

Namizədə olan tələblər:

  • Ali təhsil (iqtisadi sahədə)
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi
  • Satınalma sənədləri barədə məlumatlı olmaq
  • Dil biliyi: Azərbaycan, Türk və İngilis dillərində sərbəst danışıq qabiliyyəti mütləqdir, eyni zamanda Rus dili biliklərinin olması da arzuolunandır
  • MS Office proqramları üzrə yaxşı səviyyədə işləmək bacarığı

İş şəraiti:

  • AR Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi (şənbə- yarım gün)
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: müsahibə sonrasında müəyyən olunacaqdır
  • Ünvan: Bakı şəh, N.Nərimanov ray., Z.Bünyadov pros.,122A

 

Email: [email protected]