Sistem inzibatçısı

İşin təsviri

Vəzifə funksiyaları:

  • Active Directory, Exchange serverlərinin idarə edilməsi, yenilənməsi, yaxşıladırılması;
  • Virtual mühitin iş rejiminə nəzarət, Vcenter, ESXi sistemlərin idarəsi;
  • Serverlərə yenilənmələrinin tətbiqi və nəzarət, Serverlərin monitorinqi;
  • Yeni sistemlərin qurulması layihələrinin idarəedilməsi, koordinasiya və xətaların araşdırılması;
  • Serverlərin ehtiyat nüsxələrinin çıxarılması, saxlanılması , bərpa edilməsi və nəzarət;
  • İstifadəçilərin sistemlə əlaqdər qarşılaşdığı xətaların araşdırılması;
  • Mövcud infrastruktur resurslarından istifadə edərək sistemlərin quraşdırılması və yeni versiyaların test edilməsi;
  • Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə problemlərin araşdırılması və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatların tərtib edilməsi;
  • Sistemlərin idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək;
  • Öhdəsində olan sistemlərin idarə edilməsi üzrə prosedur və qaydaların tərtib edilməsi;
  • Görülən işlərin maksimum avtomatlaşdırılması;
  • Təcili problem olduğu halda 24/7 sistemə qoşulub problemin həll olunması.

Vəzifənin tutulmasına dair tələblər: 

  • Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
  • Sistem inzibatçılığı sahəsində 3 ildən çox iş təcrübəsi;
  • İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması);
  • Server, Storage və Şəbəkə avadanlıqları (SAN-switch) ilə iş təcrübəsi;
  • UNIX/LINUX və Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi;
  • E-Mail sistemlərinin (MS Exchange və s.) qurulması və sazlanması üzrə təcrübə;
  • Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə;
  • Dayanaqlı klasterin qurulması və tətbiqi üzrə təcrübə (Vmware Vsphere, MS Hyper-v);
  • Şəbəkə texnologiyalarının prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə.

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar: 

  • Məsuliyyətlilik;
  • Problem həlletmə bacarığı;
  • İnkişaf yönümlü və innovativlik;
  • Operativlik, çeviklik;
  • Təşəbbüskarlıq;
  • Nəticəyə hədəfli;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sistem inzibatçısı” qeyd etməklə [email protected] göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.