Proqram təminatı mühəndisi və ya Full Stack Developer

İşin təsviri

Vəzifə funksiyaları:

  • Komanda şəklində tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması;
  • Proqram təminatının kodlarının təyin edilmiş standartlara və müasir tələblərə cavab verən təkrar tətbiq və istifadə edilə biləcək şəkildə yazılması;
  • Proqram təminatında çıxan xətaları kod səviyyəsində analiz edərək xətaların aradan qaldırılması;
  • Mövcud proqram təminatının təkmilləşdirilməsi, kod keyfiyyətinin yaxşılaşdırılması;
  • Digər sistemlərlə inteqrasiyanın həyata keçirilməsi
  • Veb servislərindən məlumatların əldə edilməsi və inteqrasiyası;
  • Qrup halında aparılan texniki proseslərin izlənilməsi və yaranan problemlərin birbaşa rəhbərə təqdim edilməsi.

Vəzifənin tutulmasına dair tələblər: 

  • Ali təhsil (Müvafiq sahə üzrə olmağı üstünlükdür);
  • Müvafiq sahəsədə ən az 2 il iş təcrübəsi; 
  • Back-end bilikəri – Python/Java/Node.js;
  • Front-end bilikləri – Javascript (React və ya Vue), HTML5, CSS3 (Bootstrap və s), jQuery, Ajax;
  • Veb səhifələrdən məlumat toplama bilikləri (Web scraping) – Selenium, Beautiful Soup, Scrapy və ya Puppeteer (JS);
  • Databaza bilikləri - RDMBS (Oracle, PostgreSQL), NoSQL (MongoDB);
  • Versiya nəzarət sistemləri (Git) - GitLab/GitHub;
  • Nəzəri biliklər - System design, SOLID principles, Data Structures, Algorithms, ORM, OOP;
  • REST və SOAP veb servisləri haqqında biliklər;
  • XML, JSON, CSV və digər fayl formatlarında olan məlumatlarla işləmək bacarığı;
  • BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi; 
  • Üstünlük təşkil edəcək biliklər – Linux, CI/CD (Jenkins və s.), Docker

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar: 

  • Məsuliyyətlilik;
  • Etibarlılıq, dürüstlük;
  • İnkişaf yönümlü və innovativlik;
  • Operativlik, çeviklik;
  • Təşəbbüskarlıq;
  • Nəticəyə hədəfli;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Full Stack Developer” qeyd etməklə [email protected] göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.