Baş mühasib

  • Zakaz.az
  • Elanın qoyulma tarixi: 18.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Yaş: 25-35;
  • Təcrübə: ƏDV ödəyicisi olan şirkətdə mühasib/baş mühasib kimi 2 il iş təcrübəsi;
  • Təhsil: Ali (Maliyə, Mühasibat uçotu və audit);
  • Kompüter bacarıqları: Microsoft Offices (Word, Excel, PowerPoint);
  • 1C və digər oxşar mühasibatlıq proqramlarını bilmək;
  • Vergi Məcəlləsini bilmək;
  • Riyazi və analitik bacarıq;
  • Məsuliyyət və işində dəqiqlik;
  • Diqqətcil;
  • Dürüstlük;
  • Komandada işləmə bacarığı;
  • Zəhmətkeş və bilikli əməkdaş axtarırıq.

Texniki Bacarıqlar:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi

İş barədə məlumat:

  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
  • Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
  • Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
  • Ödənişləri nəzarətdə saxlamaq
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
  • Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
  • Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək.
  • Daxili nəzarət (audit)
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
  • Bütün Bank əməliyyatların icra edilməsi
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:

  • iş qrafiki: 09:00-18:00
  • əmək haqqı: müsahibə əsasında təyin olunur
  • iş yeri: Xətai pr 40a

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində vəzifə adını qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.