Korporativ katiblik şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 12.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 31 yanvar 2022

Vəzifə Öhdəlikləri:

  • Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının müvafiq prosedur və qaydalara uyğun təşkil edilməsi, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsində iştirak etmək;
  • İclaslar üçün tələb olunan məlumatların Şirkətin funksional bölmələrindən əldə edilməsi, zəruri hallarda, əldə edilmiş məlumatların ümumiləşdirilməsi, sistemləşdirilməsi və təhlil edilməsində iştirak etmək.
  • Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının qərarlarının reyestrininin aparılmasında, qərar və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarətdə iştirak etmək
  • Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarətdə iştirak etmək
  • Nəzarət orqanları tərəfindən gələn müraciət və sorğuların koordinasiyasında iştirak etmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Hüquq/Maliyyə institutlarında korporativ idarəetmə/Katiblik sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: orta , Rus dili: orta
  • Üstünlüklər: Hüquq təhsili olanlara, Korporativ katiblik və korporativ idarəetmə sahəsində təcrübəyə üstünlük verilir
  • Kompüter bilikləri: MS Office: orta
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.

İmtiyazlar:

  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: Namizədlər keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

https://pasha-life.az/about?lang=az#career

İşəgötürənin reytinqi