Məlumat mərkəzi şöbəsinin mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Banka daxil olan telefon zənglərini qəbul etmək və onların ətraflı cavablandırılmasını həyata keçirmək;
  • Telefon vasitəsilə xidmət göstərdikdən sonra müştəriləri Bankın cari kampaniyaları haqqında məlumatlandırmaq;
  • İntrabank və digər mənbələrdən gələn bütün məlumatlarla tanış olmaq;
  • Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: Bankın müştəri xidməti və ya məlumat mərkəzi üzrə iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili arzuolunandır;
  •  Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 yanvar 2022-ci il tarixinədək email-in mövzu hissəsində Məlumat mərkəzi şöbəsinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

İşəgötürənin reytinqi