Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 04.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • İnvestisiya portfelinin və digər aktivlərin təhlil edilməsi yolu ilə kredit, bazar və likvidlik risklərinin aşkarlanması, ölçülməsi və nəzarətdə saxlanılması;
  • Kredit, bazar və likvidlik riskləri üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
  • Aktiv və öhdəliklərin valyuta, durasiya, konveksiti, faiz və s. bu kimi meyarlar əsasında uzlaşdırılması və immunizasiyası;
  • İqtisadiyyatda mövcud və potensial dəyişikliklərin araşdırılması, stress-testlərin aparılması (Solvency II) və şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili;
  • Kredit, bazar və likvidlik riskləri üzrə Risk İştahı Bəyənnaməsi və/və ya digər normativ sənədlər ilə müəyyən edilmiş limitlərə nəzarət edilməsi;
  • IFRS 9 standartlarına uyğun olaraq makrokalibrasiyanın aparılması;
  • Birbaşa rəhbərin risklərin idarəedilməsi ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Risk/Maliyyə (maliyyə analitikası) sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat üzrə bakalavr təhsili
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
  • Üstünlüklər: Risklərin idarə edilməsi sahəsində iş təcrübəsinin olması, CFA I/FRM I sertifikatları, Python/R proqramlaşdırma dili
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.

İmtiyazlar:

  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiya üçün müraciət qaydası: Namizədlər keçidə daxil olmaqla “Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

https://pasha-life.az/about?lang=az#career

İşəgötürənin reytinqi