Memar

  • Qala Group
  • Elanın qoyulma tarixi: 04.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Konsept layihələrin hazırlanması və vizualizasiyası
  • Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
  • Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
  • İlkin eskizin/cizginin hazırlanması;
  • İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
  • Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
  • Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
  • Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (elektron versiyalı prezentasiya materialları) hazırlanması.
  • Komunikasıya və konstruksiya bölmələrinə tapşırığın verilməsi və nəzarət.

Digər məlumat:

  • Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
  • Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Müvafiq sahədə 3-5 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
  • ArchiCAD, AutoCAD
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Xahiş olunur şəkilli CV-ləri və portfolionu e-mail ünvanına göndərin və mövzuda vakansiyanın  adını “Memar” qeyd edin.

İşəgötürənin reytinqi

Qala Group tərəfindən digər vakansiyalar