Aşbaz

İşin təsviri

Əmək haqqı: Xidmət müqaviləsi ilə vergilər daxil 400-450 AZN müəyyən edilir və bank kartına rəsmi olaraq ödənilir.

İş yeri: Sumqayıt şəhəri, Çerkassi küçəsi 220, 50-ci məhəllə, Qartal Tikinti Firmasının İstehsalat sahəsindəki yeməkxanası

Tələblər:

  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olmalı;
  • İşində məsuliyyətli və ciddi olmalı;
  • Təmizliyə xüsusi diqqət yetirməlidir;
  • Ancaq Sumqayıt şəhərində yaşayan xanım namizədlər müraciət edə bilər.

İş haqqında məlumat:

  • Qartal Tikinti Firmasının ofisində və istehsalat sahəsində işləyən işçiləri üçün yemək hazırlayacaq. 15-20 nəfər baş ofis işçiləri üçün hazırlanan yemək Sumqayıt şəhəri, 48-ci məhəllədəki baş ofisin yemək otağına göndərilir. Buradakı yemək otağının təmizlənməsi və yeməklərin paylanması aşbazların məsuliyyətində deyildir;
  • Yeməkxanada 2 nəfər aşbazın işləməsi nəzərdə tutulur. Orta hesabla baş ofis və istehsalat sahəsinin işçiləri üçün gündəlik 40-50 nəfərlik yemək hazırlanır;
  • İstehsalat sahəsində saat 11:00-da və 16:00-da işçilər üçün çay fasiləsi nəzərdə tutulur. Çayın hazırlanması və işçilərə verilməsi aşbazların məsuliyyətindədir;
  • Aşbazlar növbəti gün üçün menyu tərtib etməli və tələb olunan ərzağın miqdarı barədə sifariş hazırlamalıdır. Ərzaqların alınmasını və təchiz edilməsini başqa əməkdaş yerinə yetirir;
  • Qabların yuyulması və istehsalat sahəsindəki yeməkxananın təmizlənməsi aşbazların məsuliyyətindədir;
  • Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verilməməlidir;
  • Firma rəhbərliyi tərəfindən təyin edilmiş nizam və intizam qaydalarına riayət edilməlidir.

İşçi üçün şərait:

  • İş saatı 09:00-17:00;
  • Nahar yeməyi və aşbazların geyimi firma hesabına təmin edilir;
  • İstirahət günü - Bazar günləri;

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini e-mail adresinə,  mövzu hissəsindəAşbaz” yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011

Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67

QEYD: Əlavə məlumat və ya ilkin danışıqlar üçün yalnız həftəiçi iş saatlarında saat 18:00-a qədər əlaqə saxlamağınız xahiş olunur.