İşin təsviri
Tələblər:
- Müxtəlif metal konstruksiyadan olan qurğularda montaj və demontaj işlərində ən azı 3 il iş təcrübəsi olmalı;
- Qurğularda montajın texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli;
- İşləri təhlükəsiz yerinə yetirmək üçün avadanlıqlarından və Fərdi Mühafizə Vasitələrindən istifadə etməyi bacarmalı, İş Proseduru və Riski Dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir.
- Kəsici alətlər: rezak, laqonda işlədə bilməli;
- Çertyojla işləmək və ölçü işlərini sərbəst sürətdə bacarmaq;
- Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
- İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;
İş haqqında məlumat:
- Qurudakı və dənizdəki obyektlərdə metal konstruksiyanın montaj və demontaj işləri yerinə yetiriləcək;
- Qartal Tikinti Firmasının metal-konstruksiya sexində, Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal profillər kəsilib, qaynaq üçün hazırlayacaqdır;
- Sifarişçinin obyektlərində əvvəlcədən hazırlanmış metal konstruksiyaları sxemə uyğun quraşdıracaqdır.
İş şəraiti:
- İş saatı 08:00-18:00-dək;
- İstirahət günü - Bazar günləri; Bu normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir.
- İş yerinə və geriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir.
- İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir;
- İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat Şirkəti, Qartal Tikinti Firmasının metal konstruksiya sexi.
Əlaqə vasitələri:
CV-nizi qeyd edilmiş email ünvanına, mövzu hissəsində montajçı yazmaqla göndərin.
Əmək haqqı: Minimum 800 AZN (namizedin bacarıqlarına göre əmək haqqında artım razılaşdırıla bilər)
Qartal Tikinti Firmasının baş ofisinin ünvanı: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə