Region üzrə Korporativ Satış Mütəxəssisi – B2B (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Potensial korporativ müştərilərin axtarışı və görüşlərin təyin edilməsi 
  • Korporativ müştərilərə xidmət və iş təkliflərin təqdim olunması
  • Kommersiya təkliflərinin hazırlanması
  • Korporativ müştərilərlə müqavilələrin bağlanması
  • Rəhbərlikdən verilən tapşırıqların icrası
  • Qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi
  • Danışıqların aparılması
  • Daxili CRM sistemi ilə iş və korporativ müştərilərin məlumat bazasını doldurulması 
  • Qiymətləndirmədə iştirak, qiymət danışıqlarında psixoloji cəhətlərin öyrənilməsi, qiymətə haqq qazandırma yollarının müəyyənləşdirilməsi
  • Müştəri bazasına satış sonrası xidmət və yüksək səviyyəli servisin göstərilməsi
  • Uzunmüddətli və aktiv iş üçün müştəri bazasının motivasiyası
  • Şirkət tərəfindən göstərilən xidmətlərə ehtiyacın müəyyənləşdirilməsi və rəqiblərin axtarışı üçün bazar və tərəfdaş bazası təhlilinin aparılması
  • Göstərilən xidmətlər üçün alıcılar tərəfindən iddia göndərilməsinin səbəblərinin təhlili
  • Tərəfdaşlar tərəfindən müqavilə şərtlərinə əməl olunmasının (aktların ödənilməsi) və yüksək keyfiyyətli xidmət göstərilməsinin izlənməsi
  • Satış həcminin təhlili, işlərinin nəticələri barədə hesabat hazırlanması və şirkət rəhbərliyinə təqdim edilməsi
  • Tərəfdaşlar kontekstində bağlanmış müqavilələr və satışlar barədə hesabatların aparılması
  • Satış, xidmət və bazarlara təqdim edilmə sxemlərinin, metodlarının və texnologiyalarının işlənib hazırlanmasında aktiv komanda iştirakı
  • Potensial və baş verən fors-major hadisələr barədə şirkət rəhbərliyini vaxtında məlumatlandırma
  • Təqdim etdiyimiz məhsuldakı bütün yeniliklər, əlavə və dəyişikliklər barədə korporativ müştərilərə məlumat vermək

Namizədlərə tələblər:

  • Ali təhsil
  • Ən azı 3 illik təcrübə 
  • Azərbaycan dili yüksək, rus dili orta səviyyədə 
  • Verilən tapşırıqların icrasında məsuliyyət, çalışqanlıq, dəqiqlik
  • Stressə davamlılıq
  • Vəziyyətə sürətli reaksiya göstərmə qabiliyyəti

İş şəraiti:

  • Əmək haqqı: 500 azn (fiks) + 500 azn (bonus hissəsi)
  • İş cədvəli - Bazar ertəsi - Cümə, 09:00-18:00

Namizədlərdən xahiş olunur ki, öz CVlərini " Region üzrə Korporativ Satış Mütəxəssisi – B2B (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ)" mövzu hissəsində göstərilməklə elektron poçtuna göndərsinlər.   

Email: [email protected]