İşə qəbul və təlim və inkişaf üzrə mütəxəssis

İşin təsviri

Departament/Şöbə: İnsan resursları
Şəhər: Sumqayıt

Vəzifə öhdəlikləri:

  • Daxili və xarici təlimlərə olan tələbatı müəyyən etmək;
  • İşçilərin fəaliyyətini qiymətləndirmək; 
  • Kadr hazırlığına, təliminə ehtiyacı müəyyən etmək.
  • Təlim proqramları hazırlamaq;
  • Təlim üçün planlar, cədvəllər hazırlamaq; 
  • Təlim büdcənsini  proqnozlaşdırmaq;
  • Planların icrasını və qrafiklərə əməl olunmasını təmin etmək;
  • Təlim üçün qruplar təşkil  etmək;
  • Yeni işçilər üçün oriyentasiya təlimləri, müəssisənin işçiləri üçün isə ixtisasartırma təlimlər, işçilərin bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlər, müəssisədəki vəziyyətlə bağlı məlumatlandırıcı təlimlər təşkil etmək;
  • Təlim şirkətləri ilə əməkdaşlıq etmək;
  • Təlimlərin keçirilməsini təşkil etmək;
  • Təlimlərin vaxtını, yerini planlaşdırmaq, hazırlamaq, tələbələrin məlumatlılığını və davamiyyətini təmin etmək
  • İşçilərin inkişafı proqramlarında iştirak etmək;
  • Daha yüksək bilik, bacarıq və digər şəxsi keyfiyyətlər tələb edən daha yüksək rəhbər vəzifələr üçün orta səviyyəli mütəxəssislər hazırlamaq;
  • Şirkətin yeni işçiləri üçün kuratorlar hazırlamaq;
  • İşçilərin səlahiyyətlərinin (işçi səriştəsi) qiymətləndirilməsi üçün prosesləri planlaşdırmaq və həyata keçirmək;
  • Təlimlə bağlı digər funksiyaları həyata keçirmək;
  • Təlimin effektivliyi ilə bağlı statistik məlumatları tərtib etmək və onları rəhbərə təqdim etmək;
  • Ən effektiv təlim vasitələrini müəyyənləşdirmək;
  • Digər departament və qruplarla koordinasiya saxlamaq; 
  • Kadrların inkişafı üçün təkliflər irəli sürmək;
  • Təlimin nəticələrinə əsasən işçilərin yüksəldilməsi və ya aşağı salınması üçün nəticələri təqdim etmək; 
  • Birbaşa rəhbərinə işi barədə hesabat vermək;
  • Əmək yarmarkalarında, universitet karyera günlərində, konfranslarda və digər İR tədbirlərində iştirak edərək şirkəti təmsil etmək;
  • Mövcud vakansiyaları təhlil etmək, vakant vəzifələrə elan materialını hazırlamaq, şirkətdaxili və şirkətxarici vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsini təmin etmək;
  • Daxil olan CV müraciətlərini vəzifə tələbləri üzrə əvvəlcədən yoxlamaq və potensial namizədləri siyahıya almaq;
  • Şirkətin namizəd bazasını yeniləmək və genişləndirmək;

Namizədə tələblər:

  • Ali təhsil və ya magistr dərəcəsi (İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır) 
  • Oxşar vəzifədə ən azı üç il təcrübəsi.
  • Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti.
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus dili arzuolunandır.

İş şəraiti:

  • Həftə ərzində 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;

CV-lərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.

Email: [email protected]