İşə qəbul üzrə mütəxəssis

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 15.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • BOKT-un işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması;
  • İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
  • İşəqəbul hesabatlarının hazırlanması;
  • Açıq olan vakansiyaların şirkət daxili və xarici elana hazırlanılması və yerləşdirilməsi;
  • İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması;
  • BOKT-un işəqəbul siyasətinə riayət olunmasının təmin edilməsi;
  • Namizədlər bazasının daim yenilənməsi;
  • Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkil edilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
  • İşəqəbul testlərinin həyata keçirilməsi;
  • Testlərlə bağlı olaraq lazımı sənədləşmə və qeydiyyata alma prosesinin idarə olunması;
  • İşəqəbul  kanallarının idarəolunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
  • İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsi;
  • İlkin işəqəbul müsahibələri ilə bağlı nəticələrin hazırlanması;
  • Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
  • Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi;
  • Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər

  • İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
  • Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
  • Müvafiq sahədə minimum iş təcrübəsi 1 ildən 3 ilə qədər olmalı;
  • Stres altında işləməyi bacarmalı;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
  • İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
  • Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
  • CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
  • MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
  • Dinləmə, nəticə yönümlülük, məxfilik, marketinq bacarığı, hədəf yönümlülük, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, sürət, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması;

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "işə qəbul üzrə mütəxəssis " başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Email: [email protected]